“… O qədər səmimi şeir yaza bilmərəm”

– Salam, xoş gördük.
– Salam. Xoş müsahibələrinizdə görüşək.
 
– Söhbət edək, ya birbaşa suallara keçək?
Sualları bitirək, söhbət edərik.
 
 
– Sizi hansı kitablar daha çox heyrətləndirir?
– Bu zamanla dəyişib məndə. Məsələn, 12-13 yaşımda sevgi, dedektiv romanları idisə, indi müharibəyə, siyasətə və s. kimi şeylərə aid yazılmış kitablar heyrətləndirir daha çox. Hərçənd bir ilə yaxındır ancaq şeir kitabları oxuyuram. Roman üzü açmamışam.
 
– Bilirik ki, biz bu gün müxtəlif xəbərlər və informasiyalar axınının vüsətlə genişləndiyi, insanın beyni, şüuru və qəlbinə mənfi təsir edən, cürbəcür mənfi hadisələrin sürətlə törəməkdə olduğu bir dövrdə yaşayırıq. Belə bir şəraitdə kitabın qüdrəti və imkanları insanın mənəvi aləmini qorumağa, xilas etməyə çatarmı?
– Əlbətdə çatar. Insan kitab oxuduqca kamilləşir, aliləşir, müdrikləşir.
 
– Yaradıcı adamın bir qanadı, şübhəsiz ki, istedaddır. Sizcə, onun ikinci qanadı nədir? Etiqaddırmı, bilikdirmi, təmiz qəlbdirmi?
– Yaşadıqları və təmiz qəlb. Insanın qəlbi təmiz olmasa yaza bilməz məncə. Yazırsa da yəqin ki, qəlbi təmizlənər.
 
– Bəzi sənətkarlar yaradıcılığı əlacsızlıqdan tapılmış çarə kimi dəyərləndirirlər. Sizcə, yazıçı yaradıcılıqla məşğul olmaq üçün mütləq müşkül vəziyyətə düşməlidirmi?
– Belə deyim, yaradıcı adamlar bəzən yaşadıqlarından təsirlənib yazmağa başlayırlar. Bəziləri isə sonradan qazandıqları biliklərdən yazırlar. Yəni, kitabdan gəlmə və həyatdan gəlmə yaradıcılıq. Yaşantılar daha səmimi olur.
Zindanda olan bir dostum zindan həyatından elə bir şeir yazmışdı ki, ora düşməsəm o qədər səmimi şeir yaza bilmərəm.
Şair və yazıçılar isə müşkül vəziyyətə düşməməlidirlər. Ümumiyyətlə, bizdə yazıçı, şairi həmişə səfil görmək istəyirlər. Bunun hardan qaynaqlandığını tam olaraq izah edə bilməyəcəm. Amma təəssüf ki, belədir.
 
– Gəncliyin öz şeirləri var. Eyni zamanda, müəyyən dövr keçəndən sonra həyata son dərəcə ciddi yanaşıb, dərin düşüncə ilə yazılmış şeirlər də mövcuddur. Müqəddəs kitablarda, ruh ölməzdir, deyilir. Şair ruhu, şeir ruhu bizim ötəri ömrümüzlə necə və nə dərəcədə hesablaşır?
– Hesablaşmağı adama(şairə) görə dəyişir. Mən ömrümü ötəri saymıram. Ona görə də çox yüksək dərəcə də hesablaşır.
 
– Şeirdə ən mühüm nədir? Əlbəttə, aşağıdakı amillərin hər birini, istedad və məhəbbəti əsas götürərək, göstərmək olar: obrazlılıq, dərin fikir və fəlsəfi xülasələr, ruhi mənzərələrin ani, həm də əbədi təsvirləri və ya həyatilik. Sizcə, bunların hansı birini ön plana çıxarmaq mümkündür?
– Şeirdə mənə görə ən mühim səmimiyyətdir. Başqa heçnə. Şeir pis də ola bilər amma səmimiyyət varsa, əladı. Süfrədə arağ və kabab ola-ola, Afrikadakı ac uşaqlardan yazmaq təhqirdi bir növ, məzələnməkdi. O şeir nə dərəcə də gözəl olsa da, ruh olmaz. Mən dostum üçün şeir yazmışdım. Atası da, anası da qəzada həlak olub. Onun ağrılarını yaşamışdım, necə ağrı çəkdiyini görürdüm, hiss edirdim. Öz ata anamı elə təsəvvür etmişdim. Həmin o şeirlərim çox uğurlu alınıb.
 
– Yazmadığınız günlərinizin hayıfını necə çıxırsınız?
– Heç cür. Şeir yazmağa ehtiyyac duyanda yazıram. Ağrıyan da, dincəlmək, yüngülləşmək istəyəndə. Ona görə elə bir acığım, heyfim yoxdu ki, çıxım.
 
– Son vaxtlar sosial şəbəkələrdə söyülən yazarlardır. Səncə, bu, nə ilə əlaqədardır? Hansı yazar dostunun söyülməsinə üzülmüsünüz?
– Bu haqda geniş status yazmışdım. Özləri özlərini bədbəxt edirlər, istedatlarını heçə satırlar. Çoxu bilərəkdən edir həm də. Ona görə heç birinə üzülmürəm. Açığı, ədəbi mühitdən 5-6 nəfər dost bildiklərim var. Qalanları ilə qələm dostu, yoldaşam sadecə.
 
– Oxucusuz şair şair deyil?
– Qadınsız kişi, kişi deyil. Oğlan uşağıdır.
 
– Çətin oldu?
– Yox daha nələr…
Tural Balabəyli

Share: