Azərbaycan QHT-nin xarici ölkələrdə diaspora fəaliyyətləri dövlətimizin prioritet məsələlərdən biridir. Qafqaz Tarixi Mərkəzi bu istiqamətdəki fəaliyyətləri təqdirəlayiq hesab etmək olar. Belə ki, Qafqaz Tarixi Mərkəzi Türkiyə Təmsilçiliyi rəhbəri Qarabağ Müharibəsi və SQ veteranı, ehtiyyatda olan polkovnik Akif QASIMOV xaricdə diaspora fəaliyyətlərini uğurlu şəkildə həyata keçirməklə ölkəmizi qardaş ölkədə yüksək səviyyədə təmsil edir.
Hörmətli zabitimiz mərkəzin TC rəhbəri Akif Qasımov Türkiyədəki fəaliyyətləri haqqında bunları deyib: “Qafqaz Tarixi Mərkəziin Türkiyə Təmsilçiliyi olaraq həm fərdi şəkildə və həm də müxtəlif yerli QHT və platformalarda təmsil olunaraq Azərbaycan həqiqətlərinin çatdırılması üçün elmi konfranslar təşkil edirik, müxtəlif tədbirlərdə iştirak edirik və eyni zamanda Türkiyə televiziya kanalları vasitəsilə Azərbaycan həqiqətlərini TC ictimaiyyətinə çatdırırıq. Mərkəz tərəfindən mütamadi olaraq Ulu Öndər Heydər ƏLİYEVİN və digər tarixi şəxslərin həyat yaradıcılığı, dövlət bayramları, tariximizin qan yaddaşı olan Xocalı soyqırımı, 20 yanvar və digər mövzular ilə əlaqədar konfranslar təşkil edilir və keçirilir.
Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyinin uğurlarından biri də Türk Dənizçilik və Global Stratejilər Mərkəzi (Türk DEGS) ilə əməkdaşlıq etməsidir. Türk DEGS Mərkəzinin rəhbəri Müstafi Tümamiral Doç. Dr. Cihat YAYCI paşamız Türkiyədə və xaricdə tanınan bir şəxsiyyətdir. Onun yazıları və sosial media şəbəkələri yerli və xarici ictimaiyyətin çox ciddi şəkildə diqqət mərkəzindədir. Və belə bir mərkəzlə əməkdaşlıq etməmiz isə Azərbaycanın strateji maraqlarına xidmət edəcəkdir. Biz eyni zamanda Türkiyədə fəaliyyət göstərən Azərbaycan Dərnəkləri Federasiyası və digər QHT quruluşları ilə də əməkdaşlıq edirik. Və sonda, bütün bu fəaliyyətlərin əsas məqsədi ölkə başçısının ölkəmizdə apardığı islahatlara dəstək nümayiş etdirməkdir.”
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Huseynova, Türkiyə Təmsilçiliyi rəhbəri Akif Qasımova və mərkəzin kollektivinə məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.