Fevralın 2-də futbol üzrə Türkiyə çempionatının XXIII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Başakşəhər”i qəbul edib.
Müstəqil.Az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri rəqibinin qapısından üç cavabsız qol keçirib. “Qalatasaray”ın qollarını Henri Onyekuru (45), Rayan Babel (64) və Mustafa Muhammed (90+2) vurub.
Günün digər matçı – “Rizəspor” – “Kasımpaşa” oyununda qalib müəyyənləşməyib – 1:1.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 48 xalla “Fənərbağça” başçılıq edir. İkinci pillədə 45 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 44 xala malik olan “Beşiktaş” qərarlaşıb.
Müstəqil.Az