İstanbulun “Qalatasaray” futbol klubu heyətinə daha bir yeni futbolçu cəlb etmək istəyir.
Müstəqil.Az Azərtac-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Roma” komandasının yarımmüdafiəçisi Steven Nzonzini icarəyə götürmək üçün rəsmi danışıqlara başlayıb.
Qeyd edək ki, 2018-ci ildən “Roma”da oynayan fransalı futbolçu keçirdiyi 39 oyunda bir qol vurub və iki məhsuldar ötürmə verib.
Müstəqil.Az