Qadın futbolu üzrə Türkiyə Super Liqasının B qrupunun 11-ci turunda “Qalatasaray”la “Fənərbağça” qarşılaşıb.
Sarı-qırmızılı komanda kişi həmkarlarından geri qalmayaraq, oyunda qalib gəliblər.
İstanbul derbisində “Qalatasaray”a 2:0 hesablı qələbə qazandıran qolları 45+3-cü dəqiqədə Yağmur, 62-ci dəqiqədə isə Ebru vurub.
Bu nəticədən sonra xalını 30-a yüksəldən “Cim-Bom” həftəni 2-ci pillədə başa vurub. “Fənərbağça” isə 22 xalla 3-cü pillədə qalıb.
Xatırladaq ki, yanvarın 8-də kişi komandalarının qarşılaşmasında da məhz “aslanlar” üstün tərəf olublar (3:0).
Mənbə: Haber Global