Xuan Mata müqaviləsi başa çatdıqdan sonra da “Qalatasaray”da qala bilər.
İstanbul klubunun baş məşqçisi Okan Buruk 34 yaşlı futbolçunu öz korpusunda görmək istəyir. Çalışdırıcı ispaniyalının komanda üzərində pozitiv təsirini, xüsusən legioner futbolçuların ona olan hörmətini yüksək dəyərləndirir. Bu səbəbdən Buruk Mataya məşqçi kimi qalmağı təklif edəcək.
İspaniya millisinin sabiq üzvünün müqaviləsi mövsümün sonuna qədərdir. O, karyerası ərzində yığma komandada dünya və Avropa çempionluqlarını əldə edib. Mata klub karyerasında isə Çempionlar Liqası və Avropa Liqası kimi böyük turnirlərin qalibi olub.
Mənbə: “CNN Turk”