Qaldır duvagını gülümsə bir az, Səni bagışladım yara, bənövşə! – Nazim Qocamanlı

Qaldır duvagını gülümsə bir az, Səni bagışladım yara, bənövşə! – Nazim Qocamanlı
Müstəqil.Az Nazim Qocamanlının şeirlərini təqdim edir:
Bənövşə
 
 
Durmusan əlimdə boynu bükülü,
Gəl vurma könlümə yara, bənövşə!
Nədir qəmli qəmli yenə baxırsan,
Mavi gözlərinlə hara, bənövşə!
 
Heyranam səndəki eşq həvəsinə,
Ümüd baglmışdın yaz nəfəsinə,
Kolların dibində qar qəfəsinə,
Əsir salınmışdın qara, bənövşə!
 
İsti nəfəsinlə əritdin qarı,
Başını bir qaldır günəşə sarı,
Sən yazın ilk qızı, iıkin nübarı,
Qurban üzündəki xala, bənövşə!
 
Sənin gəlişinlə canlandı bu yaz,
Ətrindən çöl- çəmən nazlandı bu yaz,
Qaldır duvagını gülümsə bir az,
Səni bagışladım yara, bənövşə!
 
 
 
 
 
 
Payızı asmışam yagışlarından.
 
 
Kim dəyib payızın belə xətrinə,
Bürünüb dumanın, cənin ətrinə,
Yenə yagış döyür payız cətrinə,
Qəm kədər tökülür baxışlarından,
Payızı asmışam yagışlarından
.
Buludlar axıdır yaşı gözündən,
Qızılı payızın öpür üzündən,
Bahara söz verib, cıxmır sözündən,
Torpaq gözəlləşir naxışlarından,
Payızı asmışam yagışlarından
.
Sarı saclarını töküb ciyninə,
Bənzəyir rəqs edən gözəl gəlinə,
Yagış paltarını geyib əyninə,
Bayılır göylərin alqışlarından,
Payızı asmışam yagışlarından.
 
Bir dəli sevdanın havasındadır,
Toqquşan buludlar, davasındadır,
Bu yagış dünyanın harasındadır,
Süzülür dagların yoxuşlarından,
Payızı asmışam yagışlarından
.
Həzin pıcıltıdır, şeirdir payız,
Könüllər oxşayan seyrdir payız,
İlahi, nə gözəl şairdir payız,
Dünyaya min sevgi doguşlarından,
Payızı asmışam yagışlarından.
 
 
 
 
DÖNMÜŞÜK
 
Dünyaya səs salıb çaglayan, coşan,
Bir bahar nəfəsli yelə dönmüşük.
Şanlı ordumuza nəgmələr qoşan,
Qələbə haraylı selə dönmüşük…
 
Ümüd güllərinin qönçəsi açdı,
Vətən torpagında şəfəqlər saçdı,
Xalqımız ən böyük arzuya çatdı,
Kamanda sevinən telə dönmüşük.
 
Ruhu pərvaz edir Xanın, Bülbülün,
Üzündə sevinc var çiçəyin, gülün,
Qoxusun duyuruq xarı bülbülün,
Cıdır düzündəki gülə dönmüşük.
 
Gülümsə can Şuşa, ey qara gözlüm,
Qaldır duvaqını ay, gəlin üzlüm,
Qarabag alındı, qurtardı zülüm,
Biz dogma torpaga, elə dönmüşük.
Müstəqil.Az
Share: