Qalib Şəfahətin yeni hekayəsi – Şorangülü

Mən Bakıda, yaşayırdım, o, Moskvada… Aramızdan Bakı ilə Moskva qədər uzaq bir məsafə uzansa da, qəlbimiz bir-birinə çox yaxın idi. Çox arzusunda idik, bir şəhərdə yaşayıb, bir-birimizin dərdinə, sərinə yarıya bilək. –Öz aramızda belə danışmışdıq.

Söz vermişdi, deyirdi; – “Bakı üçün burunun ucu göynəyir, nə var ey Moskva dağılmışda, kimim var ki, orda, məni özünə bağlaya bilsin”!
Bilrdim, iqtisadiyyat üzrə ikinci təhsil alırdı, həm də; – “görüləsi işlərim var, onu tamamlayım, bir iki ilə tam köçüb gələcəm. Ərim gəlsə də özü bilər, gəlməsə də, mən mütləq qayıdacam”! – özü belə deyirdi.

Beləcə, iki ilə kimi bir-birimizlə sıx əlaqə saxladıq. Gecə, gündüz telefon əlmizdən düşmürdü.

Bir dəfə, mən evdə işimlə əlaqəli olduğunu bəhanə gətirib, onun arxasınca Moskvaya getdim. Bircə dəfə görüşə bildik, demək olar ki, Moskva səfərim uğursuz alındı. Belə, nə ona sərf edirdi, nə ki, mənə. Məslətləşib belə qərara gəldik ki, o, Bakıya gələndən-gələnə görüşək.

Əksər vaxt Bakıya, ya uşaqları ilə, ya da tək gəlirdi. O, gələndə elə bilirdim həyat yenidən üzümə gülür. Bu da, ildə bir, iki dəfə qismət olurdu, ya olmurdu.

Moskvada mənim evim olmasa da, onun Bakıda qalmağa evi-eşiyi var idi. Həm də Bakıdan istənilən vaxt çıxıb, harayasa gedib rahatca dincəlmək olurdu. Hər şey onun istəyindən aslı idi. Kefi istəyəndə hansısa rayona gedib gəlirdik.

Bircə o xasiyyəti xoşuma gəlmirdi. Həddən artıq səyahət etməyi, hardasa; -uzaq bir yerdə əylənməyi çox sevirdi. Düzdü, qaraqabaq adam olmasam da, əyləncəyə çox vaxt ayırmağa nə vaxtım yox idi, nə də, bir o qədər həvəs göstərmirdim. Bəlkə də işimlə əlaqədar idi. Boynuma alım ki, bir az da tənbəlliyim vardı. Amma onun hər nazı ilə oynamağa hazır idim. Belə düşünürdüm, “qadını olduğu kimi başa düşüb, düzgün qiymətləndirəndə o, özünü xoşbəxt hiss edir. “Təki özünü mənim yanımda xoşbəxt hiss etsin! – belə fikrləşirdim.

Onun şıltaqlığına baxıb köks ötürürdüm. Xoşbəxtliyə layiq olduğunu görürdüm, amma bilirdim ki, o, xoşbəxt deyil və heç vaxt xoşbəxtlik onu öz ağuşuna almayacaq. Elə bil hansısa bir əl xoşbəxtliyi ondan qoparıb aparır, onu arxasınca baxa-baxa qoyub gedir.

***

Sanatoriyada tanış olmuşduq. Ilk dəfə onu görəndə özümü bir anlıq unudub, düşüncələrim bir-birinə qarışdı. Bir vaxtlar xəyalımda gəzib dolaşan qadın indi gəlib gözümün qarşısında dayanmşdi. Elə bildim, xəyalımdan düşürüb göziərimin önünə endirmişəm.

Salamımı yaxın tanış kimi qəbul etdi. Nəyisə bəhanə gətirib onunla danışıb, söhbət etmək istəyirdim.

Yanında balaca oğlan uşağı dayanmışdı. – Yəqin oğlunuzdu? –deyib uşağın üzündən öpdüm. – Uşaq da çəkinmədən mənə yaxınlıq verib böyrümə qısıldı. Saçını sığallayıb:– Allah saxlasın, çox mehriban uşaqdı! – dedim.

Axşam tərəfi yenə qarşılaşdıq. Çay süfrəsinə dəvət etdim. Bütün hərəkətlərinə hakim kəsilmişdim. Onun da məni oğrun-oğrun süzdüyünu müşahidə edirdim. Bilmirdim hansı tərəfdən yanaşıb söhbətə başlayım.

–Nə əcəb yoldaşınız sizi tək buraxıb? Sizin kimi bir gözəl xanımı qısqanmır”? –dedim.

Bilirdim, sualı yersiz verdim, amma başqa sual tapa bilməmişdim. Qarşımda gözləri dumanlandı, sifətinin tutulduğunu hiss etdim.

–Yəqin, yoldaşınız rəhmətə gedib, ona görə pis oldunuz?! –deyib vəziyyətdən çıxmağa çalışdım.

–Yox, rəhmətə getsəydi nə vardı!? Elə mənim üçün ölmüş kimi bir şeydi! –dedi.

Açığı bu cavab məni açmasa da, heç nə demədim, saktcə dayanıb üzünə baxdım.

–Gəlin başqa şeydən danışaq –dedi. –Bu haqda sonra danışarıq. Arxasınca gülümsünüb, -Görürəm, siz çox intelektual, alicənab adamsınız! –dedi. –Bilirsiz hardan bildim?

Çiynimi çəkdim.

– Çox ədalı yerişiniz var. İlk dəfə yerişiniz, duruşunuz diqqətimi çəkdi. Mədəni adam təəssüratı bağışladınız. Amma baxıram, yanılmamışam, düz fikrləşmişəm.

Günorta yeməyindən sonra yenə qarşılaşdıq, çay süfrəsinə dəvət etdim.

–Yox! Hamının diqqəti bizdədi. –dedi.

– Onda belə edək! – dedim. –Mümkünsə, ya sizin otaqda, ya mənim otağımda, ya da başqa bir yerə tapıb söhbətləşərik. – Sözgəlişi dedim. Razılaşacağına inamım yox idı.

–Bizim otağa gəlsəniz uşaqlar pis başa düşər. Elə sizin otaq münasibdi. Uşaqlara; – “rəfiqəmlə şəhərə çıxacam”! – deyərəm. –İcazə versəniz, sizin otağa gələrəm. – dedi.

–Çox xoş olardı. –dedim.

Gülər üzlə qapını açanda çox sevindim. Bəlkə gəlmədi!? –fikirləşirdim. Otağa girəndə çox sevindim. Heç kəsin yolunu bu qədər səbirsizliklə gözləməmişdim.

Gülümsünüb:

–Yəqin, gözləmirdiniz, eləmi? Yox, mən söz verdimsə mütləq gəlməli idim. –dedi. –Həm də sizdən çox arxayınam. Bilmirəm sizı qarşı bu qədər arxayınçılıq məndə hardan yaranıb!? İnanın, ərimdən özümə qarşı o qədər arxayınçılıq görmürəm.

İstəyirdim o danışsın mən qulaq asım. O, danışdıqca qəlbim açılıb, fərəhlənirdim.

– Sizdə necə təssürat yaratmışam? Amma ciddi danışaq, xahiş edirəm! –dedi.

Açığı, mən özüm də gözə girmək üçün yalandan-palandan basıb-bağlamağı sevmirəm. Həmişə səmimi olmağa çalışmışam. Kiminsə xoşuna gəlsə də, gəlməsə də, ürəyimdən nə keçirdisə onu danışıram.

– Sizi görəndə, bir anlıq çaşdım, siz özünüz də bunu hiss etdiniz! Bilirsiz niyə? –dedim.

Gülumsunub:

–Niyə? –dedi.

Gözləriniz daha çox məni özün bağladı. –dedim.

– Sizə yox, sənə de! Gəlin, sizinlə, bizimlə danışmayaq, rəsmiyyətdən səmimiyyətə keçək! Olarmı? – dedi.

–Hə, nə deyirəm! Sən deyən kimi olsun! – dedim. – Gözləriniz gözəlləyinizə xüsusi şövq verirdi. Amma heyif, o gözlər çox kədərli görünürdü. O gözlərdən ürkək ceyran baxışının sərsəm duyğularını görürdüm. Sanki, elə başa düşürdüm, gözlərin məni çağrır. Mən o gözlərin harayına gəldim.

Gözlərin çox yorğun görünürdü. Elə bilirdim o gözlərdəki kədər qədəhə süzüləcək, uf demədən onu başıma çəkəcəm, bir andaca məni bihuş edəcək. Səninlə danışdıqca, məlahətli səsini, kövrək düşüncələrini duyduqca, sənin haqqında doğru düşündüyümü görürəm. Görürəm ki, fikrimdə yanılmamışam.

Ofuldanıb:

–Bilirsiz niyə kədərli idim? Dünən sən də sual verdin; – “nə əcəb yoldaşın sizi tək buraxıb”? İyrənmişəm ondan! – dedi. – Xəyanət yolunu tutmaq istəyirdim.

Özümdən aslı olmayaraq hündürdən; – Başa düşmədim niyə? –dedim. – İçimdə baş qaldıran qısqnclıq hissi məni özümdən çıxardı.

Gülümsünüb:

–Narahat olmayın! Sənin kimi bir adam qarşıma çıxıb məni xilas etdi. İndi özümü çox gümrah hiss edirəm. Bütün ağrı-acılarım çəkilib yox olub. Səninlə necə xoşbəxt olduğumu sən özün də görə bilməzsən! –dedi.

Dərindən köks ötürüb:

– Buraya gəlməyimin səbəbi başqa idi. –dedi. – Ərimlə möhkəm savaşıb xəstəxanaya düşmüşdüm. Xəstəxanadan çıxandan sonra üz-üzə gəlib onu görmək istəmirdim. Əsəblərim tab gətirmirdi, onu gördükcə daha da əsəbləşib özümdən çıxırdım. Uşaqları da götürüb atamgilə gəldim. Bir neçə gün onlarda qaldıq. Atamla-anam “ptofka” götütmüşdülər, sanatoriyaya getməli idilər. Gördülər çox pərişanam, heç halım özümdə deyil, təkidlə dedilər; – “gəl sən də get, bir az sanatoriyada dincəlib özünə gələrsən”. Gəldik, o sanatoriya xoşuma gəlmədi. Məcbur olub atam razılaşdı, biz gəlib bu sanatoriyada qalası olduq.

Gülümsunub:

–Görünür qismət beləymiş. Gəldim sənin kimi bir insanla rastlaşdım. Arxasınca təsüfflənib:

–Bir şey deyim! – dedi. –Kişinin qadının gözündə düşməyi, kişi üçün çox acınacaqlı vəziyyətdi. Açığı, heç kəsin müdaxiləsi olmamışdı, sevim ailə qurmuşduq. Zaman dəyişdikcə o da dəyişirdi. Çox şeyə göz yumub, eşitdiyimi eşitməməzliyə vururdum. Bir dəfə rus qızları ilə nə qələt eləmişdisə telfona köçürüb, arsız-arsız da mənə göstərdi. Ondan sonra ona qarşı tam fikrim dəyişdi. Açığı, fikirləşirdim, ondan qisas almaq üçün xəyanət yolunu tutum. Yaxşı ki, sənin kimi adama qarşılaşdım.

Mən onun bədəninə sahib çıxdıqca ərinə qarşı məndə nifrət hissi baş qaldırmışdı. Fikrləşirdim, “kor olasan, bu gözəlliyi görüb qədrini bilməyəsən”.

Ağ mərmər kimi bədənə baxdıqca gözlərim qamaşırdı. Aranın istı rayonundan olduğunu demişdi. “Mənim aran gözəlim” – dedim.

Gülümsünüb; – düz demədin! – dedi. – Qızım dünyaya gələndə həkimim mənə baxıb, “Şorangülü” -deyirdi. Deyirdi, görmüşəm aranda qızlar qızmar günəşdə qaralar, amma səndə əksinədi. Sən şoran torpaqda bitən bir gülsən, “Şorangülü”.

Vəziyətdən çıxmaq üçün; “ yaxşı, bu gündən oldun, Şorangülüm. Şorangülü desəm inciməzsən?

–Nə deyirsən de, sənin hər sözün mənə xoşdu. Sən həyətdə mənim mənəvi dayağımsan! –dedi.

Başımız elə qarışmışdı, bir vaxt gördük ki, gecə düşüb. O, telfona baxıb; – “vay, uşaqlar, anam neçə dəfə zəng edib. Yəqin, mən cavab verməmişəm, uşaqlar anamı yığıb. Məni öldürəcəklər”. – deyib, özünə gözucu nəzər yetirib otaqdan çıxdı.

Ona görə çox narahat qalmışdım. Aradan xeyli vaxt keçəndən sonra zəng etdim. Vəziyyətin nə yerdə olduğunu soruşdum. Dedi; “nə olacaq? Hamı mənə tərs-tərs baxırdı. Anam da gəlmişdi, üstəlik məni danladı ki, uşağıları tək qoyub hara getmisən?” Mən də dedim, “tanış qadın var idi, onunla söhbətə başım qarışıb, telfon da səsizdə qalıb”.

Arxası ilə deyinib; – “qız böyükdü az-çox qanır, oğlan məndən ayrı qalanda aləmi bir-birinə qatır. Oğlan ağlayıb, qız da onu sakitləşdirə bilməyib. Neçə dəfə mənə zəng edib, cavab verməmişəm. Elə bilib başıma bir iş gəlib. Sonra da anama zəng ediblər, anam haraylarına gəlib çatıb”.

Deyəsən o otaqdan çıxanda ya görən olmuşdu, ya da başa düşmüşdülər. Aşağı düşəndə gördüm bir-iki nəfər üzümə baxıb qımışdı. Arada salamlaşıb söhbət etdiyim biri var idi, Camal adında, özümü ciddi göstərib, ondan soruşdum:

–Nə olub? -dedim.

–Heç müəllim, keçmiş olsun, kişinin başına iş gələr, fikir vemə, -dedi.

İşin nə yerdə olduğunu anlayıb, sakitçə yanlarından uzaqlaşdım.

Ondan sonra hər şeyi tarazlaşdıra bildik. Işimiz qaydasında gedirdi.

O, məndən bir neçə gün əvvəl sanotoriyanı tərk edəsi oldu. Təkid etdim; “qal, elə bir yerdə”! –dedim. –Razı olmadı. –Atam, anam o biri sanatoriyadan bu gün çıxacaq, birgə getməliyik. –dedi. – Həm də oğlum xəstədi, Moskvada tez-tez həkimə aparırdım, elə bir köməyi olmur. Ərimin başına daş düşsün!-dedi. –Uşağı da xəstə saldı. Mən də o günü gec gələndə çox həyəcnlanıb. Qohumum deyir, “Bakıda yaxşı bir həkim var, gətir on göstərək”.

Məcbur olub razılaşdım. O, gedəndən sonra sanatoriyanın məni sıxdığını əməlli başlı hiss edirdim. Qanadı qırılmış quş kimi qalmışdım. Onu xəyalları ilə yaşayırdım. “Şorangülüm mən tərğ edib getdin”; – deyib gileylənirdim. Bilmirdim ondan gileylənirdim, yoxsa özümdən?

***

Bu dəfə gəlməmişdən qabaq, telefonla danışanda dedik ki, Bakıya gələcəm. Qardaşımın oğlunun toyudu. Toyda iştirak etməliyik.

Onun yolunu çox səbirsizliklə gözləyirdim. Bir gün əvvəl gəlib Bakıya çatmışdı. Görüşmək istəyirdim, çox darıxmışdım, deyirdi, heç yana çıxa bilmərəm, 3 gün gözlə, qardaşımın uşağının toyunu yola verib görüşərik.

Qonşumuz Ramin toya çağırmışdı, mütləq getməli idik. Səmimi, mehriban qonşulugumuz var idi. Düzdü, səhər tezdən işə çıxıb, axşam evə qayıtsam da, qonşular arasında ən çox Raminlə yaxın olduğumuza görə, arada boş vaxt tapanda bir yerdə oturub, keçmişdən, gəlmişdən söhbət edirdik. Sözümüz-söhbətimiz tuturdu.

İşlərim çox olduğundan, evdə arvadıma tapşırdım ki, “gəlib səni götürə bilməyəcəm, sən vaxtında get, işlərim çoxdu, mən də bir təhər aradan çıxıb, birbaşa toya gələrəm”.

İşdən tələsik çıxıb toya gəlmişdim. Girişdə yoldaşımla onu görüb, geri qayıtmaq istədim, amma gec idi, hər iksi məni görmüşdü. Məcbur olub yaxınlaşdım.

Yoldaşım onu mənə təqdim etdi:

–Tanış ol, mənim ən yaxın rəfiqəm Sənubərdi, Raminin bacısıdı! –dedi.

Arxasıyca da tərif deməyə başladı:

– Xanımlar xanımıdı. Bəlkə də ömrümdə yeganə adamdı, bu qədər xətri mənə əzizdir. Çox istəyərdim, həmişə bir yerdə olaq, amma Moskvada yaşadığına görə üzünü bizə gec-geç göstərir. Inşallah, yaxın vaxtlarda Bakıya köçəcək.

Arvadım cümlələri ard-ardınca düzüb tələskən adam kimi mənə çatdırmaq istəyirdi. Mən o halda deyildim, hər şeyi ala-qaranlıq eşidirdim. Ürəyimdən ağr bir sızıltı keçirdi:

– Mənim Şorangülüm, nə pis yerdə qaranlıqladıq! Mən səni harda gözləyirdim, gəlib harda qarşılaşdıq. –fikirləşirdim.

Halım özümdə deyildi. O da maddım-maddım üzümə baxırdı. Arvadım onun boynuna sarılıb üzündən öpüb:

– Elə şirindi, elə şirindi ki, adam heç ayrılmaq istəmir bundan. –dedi.

O da əvəz çıxırmış kimi onun üzündən öpüb üzümə baxdı. Başımı yerə dikmişdim.

Bir nəfər kişi bizə yaxınlaşdı.

O, sifətini turşudub:

–Yoldaşımdı, tanış olun! – deyib üzümə baxdı. Əl verib özümü təqdim etdib, “tanışlığımıza şad oludum!” – dedi.

Söhbətin uzanmasını istəmirdim, toyxanaya keçmək istəyirdim. Şorangülümün onda dediyi söz yadıma düşdü; “kimsə onun qadınına sataşanda, yaxud, gözünü bərəldib üzünə baxanda, kişi olan özü cavabını veməlidir. Mənim ki, özündə kişilik tapmır, bəhanəni məndə axtarır. Qadınların belə kişilərdən zəhləsi gedir! Kişi gərək öz qadınına sahib çıxa bilsin! –deyirdi.

Özlüyümdə Şorangülümə haqq qazandırırdım:

–Qadını saxlayan kişidir. Kişi gərək öz həyət yoldaşını öz adına, sanına uyğun saxlayıb hörmətlə yanaşsın. Qadın pendir motalı deyil ki, başının altına qoyub, lazım gələndə xımır-xımır böyründən üyüdəsən. –fikirləşirdim.

–Nə deyəsi idim, ürəyimdən qara-qanlar axırdı. Gözaltı ona baxırdım, onun da diqqəti mənim hərəkətlərimdə idi. Xasiyyətinə bələd idim. Bilidim, çox yaxşı bilidim ki, mənim Şorangülüm heç vaxt Bakıya köçməyəcək.

–Burda çox durmaq yaxşı deyil. Toyxanaya keçək! –dedim.

***

Mənimki toyluq olmadı… Əməlli başlı kefimə soğan doğranmışdı. Elə bilirdim toyda deyiləm, özümü imtahana hazırlıqsız gələn tələbə kimi hiss edirdim.

Müəyyən vaxta qədər oturuduq. Toy sahibinə xeyr-dua verib getmək istəyirdik. O, biz toydan çıxanda yoldaşımla görüşüb, mənə də əl elədi. Qılmından bilirdim nə demək istəyir. Özümü o yerə qoymadım, əlimi zorla yanımdan qaldırıb mən də ona əl elədim.

Arvadım çox sevincək görünürdü. Toyxananın çıxışında; – Bax! –deyib barmağını mənə göstərdi.

–Bu nədi belə? – deyib təəccüblə üzünə baxdım.

–Üzükdü, görmürsən? Sənubər xanım, Moskıvadan mənə hədiyyə alıb gətirib. -dedi.

–Nə əcəb? –dedim.

–Uşaqlarının həkimi olmuşam. O vaxtdan çox yaxın münasibətimiz var. Özü demişdi, -“birdə gələndə sənə gözəl bir hədiyyə alıb gətirəcəm”.

Diqqətlə üzüyə baxdım. Bir vaxtlar mənim ona aldığım üzük idi, “Birilyant qaşlı üzük”.

Arvadımın bu işdən xəbri olub, olmadığını yoxlamaq üçün soruşdum:

–Nə əcəb, sənin rəfiqən bu bahalıqda hədiyyə alıb gətirib? – dedim.

–Nə blim, vallah! Ürəyi çox saf insandı, həm də, yəqin imkanı yaxşıdı. Hər şey imkana bağlıdı. – dedi.

–Nə vaxtdan uşaqlarına baxırsan? -dedim.

–İki il bundan əvvəl oğlu bərk xəstə idi. Dedi, sanatoriyya gediblər, uşaq orda qorxub xəstələnib. Raminin yoldaşı ilə evə gətirmişdilər. O, bizi tanış etdi. Yazdığım müalicədən sonra uşaq çox yaxşı oldu. Ondan sonra hər Bakıya gələndə uşaqlarını mütləq mənim yanıma xəstəxanaya gətirir.
–dedi.

–Nə əcəb evə gətirəndə mən görməmişəm?

–Yəqin evdə olmamısan?

–Qardaşı gilə tez-tez gəlir? –dedim.

Arvadımda qısqanclıq baş qaldırdığını hiss etdim. Qaşqabağını salayıb:

–Deyəsən, çox görmək həvəsindəsən?! –dedi. – Ağzını büzüb, üzünü yana çevirdi.

–Sağlığına qismət! Toylara taxasan! – dedim.

Yol boyu heç birimiz bir kəlmə də dinib danışmadıq. Xəyalım onun yanında qalmışdı. Ən xoş arzularımı onun ümidinə buraxıb gedirdim.

Share: