İtaliyalı astronom Qalileo Qaliley tərəfindən hazırlanan elmi əsər İspaniya Milli Kitabxanasından oğurlanıb.
Bu barədə “El Pais” nəşri məlumat yayıb. Bildirilir ki, dörd il ərzində krallığın kitabxanası dəyəri 800 min avro olan əsərin oğurlanmasını gizlədib. Söhbət 1610-cu ildə ərsəyə gələn “Sidereus Nuncius” astronomik əsərindən gedir. Sözügedən əsər 2014-cü ildə oğurlansa da, kitabxana rəhbərliyi bu barədə ictimaiyyətə məlumat verməyib. Kitabxana müdiri Ana Santos iddia edir ki, hadisə barədə 2018-ci ildə ingilis tədqiqatçının yazdığı məktubdan sonra məlumat alıb.
Oğurluqda əsas şübhəli şəxs 2004-cü ildə sənədlə maraqlanan Uruqvay vətəndaşıdır.
Müstəqil.Az