Qalkin səhnədən ukraynayönlü şüar səsləndirdi

Qalkin səhnədən ukraynayönlü şüar səsləndirdi

Rusiyanı tərk edən (Rusiya Federasiyasında xarici agent kimi tanınan) yumorist Maksim Qalkin Dubayda çıxış etdiyi səhnədən ukraynayönlü şüar səsləndirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda sosial şəbəkələrdə video yayılıb.

Videoda, “Məndən neytral olmağı tələb etdilər, bəs mən necə bitərəf ola bilərəm? Qəhrəmanlara eşq olsun!”,  – Qalkin deyib.

Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi komediya aktyoru Maksim Qalkini “xarici agent” kimi siyahıya daxil edib. Belə ki, aktyorun siyasi fəaliyyətlə məşğul olduğu və bunun üçün Ukraynadan pul aldığı iddia edilir.


Share: