Qalkin Türkiyədəki konserti zamanı izləyicilərə qadağa qoydu – VİDEO

Qalkin Türkiyədəki konserti zamanı izləyicilərə qadağa qoydu – VİDEO

Rusiyalı gülüş və stendap usatsı Maksim Qalkin Antalyadakı konsertinin çəkilişini qadağan edib.

Konsertdən əvvəl o, qonaqlara üz tutub və onlardan telefonlarını yerə qoymalarını istəyib.

“Ciddi tələblər var ki, zalda çəkiliş olmasın. Sonuncu dəfə çəkiliş səbəbindən bizim təşkilatçıları cəzalandırıblar”, – o bildirib.

Qalkin Almaniyadakı tamaşaçıların da eyni istəyə anlayışla yanaşdığını və “heç kəsin çəkiliş aparmadığını” deyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu başlayandan sonra Qalkin ölkəni tərk edib.

Mənbə: gazeta.ru

Share: