Qan donduran CİNAYƏT..Yüz bıçaq zərbəsi vurub,başını kəsib ürəyini çıxardılar….

ABŞ-da fəaliyyət göstərən MS-13 adlı dəstə üzvləri bir nəfərə yüz bıçaq zərbəsi vurararaq başını kəsib və ürəyini çıxarıblar. Polisin verdiyi məlumata görə hadisə yazda baş versə də, meyit payızda aşkar edilib. Şimali Karolinada hadisəyə görə dəstə üzvlərindən olan 19 yaşlı Migel Anhel həbs edilib. Məlum olub ki, Migel də qətldə dəstə üzvlərinə kömək edən şəxslərdən biri olub.  Faktla bağlı araşdırma aparan ABŞ polisi bildirib ki, dəstə üzvlərinin qurbanı olan çoxlu sayda insan öldürülüb.
Xatırladaq ki, dünyada MS-13 dəstə üzvləri ən qəddar qruplaşma hesab olunur. Qruplaşma üzvləri həm Birləşmiş Ştatlarda, həm də Mərkəzi və Cənubi Amerikada fəaliyyət göstərir.
Vasif Əlihüseyn

Share: