Qanada Volta gölündə məktəbliləri daşıyan qayığın batması nəticəsində səkkiz uşaq həlak olub.
Bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Təşkilatı məlumat yayıb.
Ölənlər arasında 5-12 yaş arasında beş oğlan və üç qız var.
Ümumilikdə gəmidə 20 məktəbli olub. Onlar gölün o tayında yerləşən təhsil müəssisəsinə doğru gediblər.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Mənbə: Xinhua