Qanunsuz tibb zəlisi tutan şəxslər saxlanıldı

Qanunsuz tibb zəlisi tutan şəxslər saxlanıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayında qanunsuz balıq ovlayan,  İsmayıllı rayonu Tircan kəndi ərazisində isə qanunsuz tibb zəlisi tutan şəxslər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə, araşdırma zamanı brakonyerlərin Neftçala rayon sakini Ələddin Qasımov, İsmayıllı rayon sakini İlqar Nuruyev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb: “Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

Xidmət rəsmisi onu da qeyd edib ki, ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Neftçala və Tovuz rayonları ərazisindən keçən hissəsindən ümumilikdə 1640 metr uzunluğunda sintetik tor yığışdırılıb.


Share: