Ukrayna Hərbi Dəniz Qüvvələri taxıl ixracını davam etdirmək üçün Qara dənizdəki 3 limanda işlərin bərpa olunduğunu təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Hərbi Dəniz Qüvvələrinin sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, taxıl daşınması ilə bağlı işlər Odessa, Çernomorsk və Pivdennıy limanlarında aparılır.
Qeyd edək ki, əvvəlki açıqlamalarda bəzi daşımaların bu həftə yenidən başlaya biləcəyi ilə bağlı məlumatlar var idi.