“Qara Qarayev bura gəlməməsinin səbəbini yaxşı bilir”

“Qara Qarayev bura gəlməməsinin səbəbini yaxşı bilir”

“Komandada atmosfer yaxşıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Slovakiyaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis yaxşı nəticə qazanmaq istədiklərini bildirib:

“Ümid edirəm ki, sabahkı görüşdən sonra da oyunçularda atmosfer yaxşı olacaq. 4 matçda göstərdiyimiz oyuna görə az xal yığmışıq. Slovakiya ilə qarşılaşmada əldə olunan imkanlardan istifadə etmək istəyirik”. 

De Byazi “Qarabağ” klubunda çıxış edən Qara Qarayevin yığmaya çağırılmamasına da münasibət bildirib. İtaliyalı baş məşqçi 30 yaşlı yarımmüdafiəçinin məsələdən xəbərdar olduğunu söyləyib:

“Qara Qarayev bura gəlməməsinin səbəbini yaxşı bilir”. 

Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Share: