Qarabağa zorla köçürülən ermənilər geri qaçır – YALAN STATİSTİKANIN GERÇƏK TƏRƏFLƏRİ

Qarabağa zorla köçürülən ermənilər geri qaçır – YALAN STATİSTİKANIN GERÇƏK TƏRƏFLƏRİ

Rusiya Müdafiə Nazirliyi hər gün Ermənistandan Qarabağa köçürülən ermənilərin sayını açıqlayır.

 

Müstəqil.az xəbər verir ki, rəsmi məlumatlara əsasən, noyabrın 10-dan bu günə qədər 50 mindən çox erməni Xankəndi və digər Azərbaycan ərazilərinə köçürülüb. Onlar Rusiya sülhməramlılarının müşaiyəti ilə Laçın dəhlizi ilə Dağlıq Qarabağa yerləşdirilir.

Amma açıqlanan statistika ilə bağlı çoxsaylı suallar qalır. Belə ki, rəsmi Yerevan 44 günlük müharibə zamanı 90 mindən çox Qarabağ ermənisinin Ermənistana getdiyini açıqlamışdı.

 

Beləliklə, hərbi əməliyyatların başa çatmasından keçən 70 gün ərzində onların yarıdan çoxunun Qarabağa qayıtması iddia olunur. Reallıqda isə vəziyyətin tamamilə fərqli olduğu görünür. Belə ki, müstəqil jurnalistlər və hüquq müdafiəçiləri Nikol Paşinyan hökumətinin Qarabağ ermənilərinə yük kimi baxdığını bildiriblər.

 

“Müharibə dövründə onminlərlə insan Qarabağdan Ermənistana gəlib. Rəsmilər onları məcburi köçkün hesab etsə də, onlara dəstək olmaq üçün heç bir tədbir görmür. Hökumətin dəstəyi yalnız adambaşına 137 dollar məblğində birdəfəlik yardımın ayrılmasından ibarət olub. Əksinə, hökumət sakinlərin Ermənistandan Qarabağa qayıtmasına maraq göstərir”- deyə Hetq.am saytı yazır.

 

 

Sarsıdıcı məğlubiyyətdən sonra ağır iqtisadi böhran yaşayan rəsmi Yerevan milli valyutanın kursunu saxlamaq, koronavirusun iqtisadiyyata vurduğu sarsıdıcı zərbənin nəticələrini aradan qaldırmaq və s. ehtiyac duyur. Bu şəraitdə minlərlə insanı Yerevan və digər şəhərlərdə yerləşdirmək, onların məşğulluğunu təmin etmək və s. qayğılar yerinə, həmin ermənilərin qısa zamanda Qarabağa göndərilməsində maraqlıdır. Amma özü üçün Qarabağda perspektiv görməyən, korrupsiya, özbaşnalıq, işsizlik, təhlükəsizlik və qeyri-müəyyənlikdən əziyyət çəkən sakinlər bütün səylərə baxmayaraq Qarabağa qayıtmaqda maraqlı deyillər. Əksinə, onlar qanuni və qanunsuz yollarla Ermənistanda qalmağa, bir hissəsi isə “qaçqın” statusu ilə Qərb ölkələrində sığınacaq almağa çalışırlar. Mənbələr Paşinyan hökumətinin səylərinə baxmayaraq, 15 mindən çox erməninin Fransa, ABŞ, Almaniya, İtaliya və s. ölkələrin səfirliklərinə sığınacaq üçün müraciət etdiyi barədə xəbərlər yayır. Xüsusən, Fransa prezidenti Emmanuel Makronun göstərişi ilə ölkənin Yerevandakı səfirliyi Qarabağ ermənilərinin qaçqın statusu ilə Fransada sığınacaq almasına şərait yaradıb. Nəticədə, Qarabağa qayıtmaq bir yana, Ermənistanda yaşamaq istəməyən Qarabağ ermənilərinin sayı kəskin artıb.

 

 

Pandemiya ilə bağlı məhdudiyyətlərin zəifləyəcəyi və sərhədlərin tam açılmasından sonra ölkədən böyük insan köçünün başlanması gözlənilir. Məhz bu faktdan narahat olan Paşinyan hökuməti Qarabağa ermənilərin qayıdışı fonu yaratmaq üçün bölgədəki sülhməramlı kontingentlə birlikdə reallıqda olduğundan qat-qat çox sayda erməninin Qarabağa qayıtması barədə məlumat verir. Müstəqil analitiklər Rusiya Müdafiə Nazirliyinin açıqladığı 50 min yerinə, əslində, Dağlıq Qarabağa cəmi 27 min erməninin müxtəlif yollarla qaytarıldığıın, onlar da 11 min nəfərinin real vəziyyətlə tanış olduqdan sonra Ermənistan döndüyünü bildirir. Qarabağa terrorçu keçmişi olan bəzi erməniləri çıxmaq şərtilə, gələcəkdə Azərbaycan vətəndaşı kimi yaşamağa hazır olan və hərbi cinayətlərdə əli olmayan ermənilərin geri döndüyü müşahidə olunur. Xüsusilə işğal edilmiş Azərbaycan ərazilərində 30 il müddətində süni şəkildə məskunlaşdırılmış xaricdən gətirilən ermənilər birmənalı olaraq daha bu bölgədə yaşamaq istəmirlər. Çünki Vətən müharibəsi dövründə onların əksəriyyətinin ailə üzvlərinin məhv edilib. Bu səbəbdən və Azərbaycanın gücünü öz üzərlərində hiss edən xaricdən gətirilən ermənilər geri dönür. Hətta onlara komfort şərait vədi də heç bir işə yaramır. Məhz buna görə də bütövlükdə erməni lobbisi və Ermənistan höküməti Qarabağ məsələsində bədbindirlər.(Modern.az)

Share: