”Qarabağ” cərimələndi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Müstəqil.Az Enter.News-a istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XV turunun oyunlarında baş verənlər müzakirə olunub, müvafiq qərarlar verilib.

“Qarabağ” – “Qəbələ” matçının 72-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimələnib.

Müstəqil.Az

Share: