“Qarabağ” ilk hissədə üstün olduğu “Bayer04″lə matçda heç-heçə edib

“Qarabağ” ilk hissədə üstün olduğu “Bayer04″lə matçda heç-heçə edib

“Qarabağ” ilk hissədə üstün olduğu “Bayer04″lə matçda heç-heçə edib

“Qarabağ” UEFA Avropa Liqasında Almaniyanın “Bayer 04” klubu ilə qarşılaşıb.

xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyununda ağdamlıllar heç-heçə edib.

Azərbaycan futbolu adına tarixi matçın ilk hissəsi “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İkinci hissədə üstünlüyü qorumağa çalışan “köhlən atlar” 70-ci dəqiqədəki səhvlə qapısında qol görüb.

Qarşlıqlı hücumlar şəraitində keçən matçda almanlar təşəbbüsü ələ alıb və əsas vaxta əlavə olunmuş dəqiqələrdə hesabı bərabərləşdirib.

Bununla da Almaniya təmsilçisi 34 oyunluq məğlubiyyətsizlik seriyasının qırlımasına son anda imkan verməyib.

7 mart

UEFA Avropa Liqası

1/8 finalın ilk oyunu

21:45. “Qarabağ” (Azərbaycan) – “Bayer” (Almaniya) 2:1

Qol: Y. Benzia, 26, Juninyo, 45+, F. Virtz, 70

Hakimlər: Benoit Bastian, Hiçam Zakrani, Aurelien Bertomieu (Fransa)

Tofiq Bəhramov adına Respublika stadionu

Qarabağ“: 99. Andrey Lunyov, 27. Toral Bayramov, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio

Baş məşqçi: Qurban Qurbanov

Bayer“: 17. Matey Kovar, 20. Alexandro Qrimaldo, 12. Edmind Tapsoba, 4. Conatan Tah (k), 6. Odilon Kassunu, 21. Amin Adli, 8. Robert Endrix, 25. Ezekyel Palasios, 19. Natan Tella, 9. Borxa İqlesias, 23. Adam Hlojek

Share: