Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Son ölkə çempionu “Qarabağ” Qəbələdə “Kəpəz”in qonağı olub. Qarşılaşma “köhlən atlar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin yeganə qolunu 44-cü dəqiqədə Abdullah Zubir vurub. Gəncə klubunda Tural Rzayev 50-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
“Qarabağ” rəqiblərindən bir oyun az keçirməsinə baxmayaraq, xallarının sayını 12-yə yüksəltməklə lider “Sabah”a çatıb. Bütün görüşlərdə məğlub olan “Kəpəz” isə sonuncu – 10-cu yerdədir.