““Qarabağ” kimi komandaya qarşı sonadək vuruşduq”

““Qarabağ” kimi komandaya qarşı sonadək vuruşduq”

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Qarabağ” matçından (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, 42 yaşlı mütəxəssis ağır oyun keçirəcəklərini əvvəlcədən bildiyini deyib:

“Demək olar ki, 2 həftə ərzində üçüncü dəfə “Qarabağ”la qarşılaşırdıq. Futbolçuları motivasiya etmək, mikrozədələri aradan qaldırmaq böyük güc tələb edir. Komanda xarakter göstərdi, matça yaxşı kökləndiyini hiss etdirə bildi. 90 dəqiqə layiqli mübarizə apardıq və “Qarabağ” kimi komandaya qarşı sonadək vuruşduq. Heyətimiz geniş olmadığı üçün Rövlan Muradov müdafiədə oynadı. Əvəzetmə zamanı da bəzən məcburiyyətdən belə alınır. Buna görə narahat deyilik. Komandanın xarakteri var və bunu dəfələrlə göstərib. İndi avrokubok haqda düşünmürük. Çempionatda ilin son oyunu qalıb və ona köklənməliyik. Çalışacağıq ki, həm çempionat, həm kubokda uğurla çıxış edək”.

 

Share: