UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Olimpiakos”la heç-heçə edən “Qarabağ”ın qış fasiləsindən sonra da avrokuboklara davam edəcəyi dəqiqləşib.
“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası buna Afina klubu ilə heç-heçədən sonra nail olub.
Belə ki, hesabında 7 xal olan ağdamlılar ən azından Konfrans Liqasının pley-off mərhələsində yoluna davam edəcək.