Bakıda UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” və Polşa “Lex”inin qarşılaşması başa çatdı
Müstəqil.Az xəbər verir ki, oyun”Qarabağ”ın “Lex” üzərində 5 -1 hesablı qələbəsi ilə yekunlaşdı.
Bununla da cavab matçında “Lex”i darmadağın edən “Qarabağ” II təsnifat mərhələsində İsveçrə “Sürix”inə rəqib olub. Ağdam klubu ilk oyunu iyulun 19-da evdə, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək. Polşa klubu isə yoluna UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam edəcək. Poznan təmsilçisi bu raundda “Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu ilə üz-üzə gələcək.
Müstəqil.Az