“Qarabağ müharibəsindən filmi siz çəkməlisiz. Şuşa sizin mədəniyyət mərkəzinizdir, siz onu hiss edib film çəkə bilərsiniz”.
Kulis.az xəbər verir ki, bu sözləri məşhur türk rejissoru Semih Kaplanoğlu, Yarat Müasir Mərkəzində keçirilən ustad dərsində deyib.
Qeyd edək ki, türkiyəli rejissor Nizami Kino Mərkəzində keçirilən “Türk filmləri həftəsi”i çərçivəsində ölkəmizə gəlib.