“Qarabağ” ölkə çempionatlarında 600-cü səfər qoluna imza atıb

“Qarabağ” ölkə çempionatlarında 600-cü səfər qoluna imza atıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” Azərbaycan çempionatlarında 600-cü səfər qoluna imza atıb.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, yubiley topunun müəllifi Olavio Juninyo olub.

O, Azərbaycan Premyer Liqasının X turunun “Turan Tovuz”la matçında fərqlənib. Ağdam klubu 2:2 hesabı ilə başa çatan qarşılaşmada bu rəqəmi 601-ə də çatdırıb.

“Qarabağ” buna 443-cü səfər oyununda nail olub. Komandanın rəqib meydanlarındakı orta məhsuldarlığı 1,36-ya bərabərdir.

Ağdamlılar ölkə çempionatları tarixində səfərdə 600 və daha çox qol vuran ikinci komandadır. Yalnız “Neftçi” daha çox fərqlənib.

Qeyd edək ki, “Qarabağ” ilk səfər qoluna 1992-ci il mayın 9-da imza atıb. “Plastik”lə matçın (2:0) 55-ci dəqiqəsində Cavanşir Novruzov fərqlənib.

Share: