Qarabağ savaşı İngiltərəni hərəkətə keçirdi: Yeni PUA…

Qarabağ savaşı İngiltərəni hərəkətə keçirdi: Yeni PUA…

İngiltərə Türkiyənin “Bayraqdar TB2” pilotsuz uçuş aparatının bənzərini istehsal etməyi planlaşdırır.

Müstəqil.Az xəbər verir ki, bu barədə məlumatı “Qardian” qəzeti yayıb.

Qəzet İngiltərə Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ müharibəsində istifadə etdiyi türk istehsalı hərbi təchizatın bənzərini istehsal etməyi planlaşdırdığını qeyd edib.

Nazirliyin kəşfiyyat və hücum PUA-larını inkişaf etdirmək üçün yeni bir proqram başlatdığını qeyd edən qəzet proqrama “Bayraqdar”ın analoji xarakterinin, sahədə yüksək effektivliyə malik platformalarının işlənib hazırlanmasını əhatə edəcəyini bildirib.

Həmçinin o da bildirilib ki, layihənin maliyyələşdirilməsi beş illik hərbi büdcə çərçivəsində 2021-ci ildən qüvvəyə minməsi hədəflənir.

Qeyd edək ki, İngiltərə müdafiə naziri Ben Uollas Londonun müdafiə büdcəsində bəzi dəyişikliklər edəcəyini qeyd etmişdi. Nazir dekabr ayının əvvəlindəki çıxışında “Bayraqdar”ın Suriya, Liviya və Qarabağda istifadə edilməsi ilə üstünlük əldə edildiyini bildirmiş, Türkiyə PUA-larının nümunə olduğunu qeyd etmişdi.

Nərmin Ələkbərli

Share: