“İndiyədək cəbhədə uğurla irəliləyən Azərbaycan Ordusu xeyli əraziləri işğaldan azad edib”.
Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyə olaraq bütün qəlbimizlə dost və qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq. İnşallah, Qarabağ işğaldan tam azad olunanadək bu mübarizə davam edəcək”, – o vurğulayıb.
Müstəqil.Az