“Qarabağ”ın futbolçusu Tarik Elyunussi zədələnib.
Bu barədə qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Onun sözlərinə görə, ayağından zədə alan norveçli yarımmüdafiəçi 3 həftə bərpa prosesi keçməlidir.
Bu isə o deməkdir ki, Mərakeş əsilli futbolçu azı 1 ay meydana çıxa bilməyəcək.
Qeyd edək ki, bu yay “Qarabağ”a transfer olunan 29 yaşlı futbolçu Ağdam klubunun heyətində 4 oyun keçirib.