Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
Müstəqil.Az xəbər verir ki, lider “Qarabağ” Gəncədə “Kəpəz”in qonağı olub.
Görüş Ağdam komandasının qələbəsi ilə yekunlaşıb – 2:0. Qolları 41-ci dəqiqədə Elvin Yunuszadə, 43-cü dəqiqədə isə Miçel vurub. Bu qələbə ilə “Qarabağ” xallarını 25-ə çatdırıb və yenidən vahid liderə çevrilib. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin ehtiyatda hələ bir oyunu da var.