“Qarabağ”ın Çexiyadakı oyununda anşlaq olacaq

“Qarabağ”ın Çexiyadakı oyununda anşlaq olacaq

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Çexiyada “Viktoriya” (Plzen) və “Qarabağ” arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün satışa çıxarılmış əlavə biletlərin hamısı alınıb.

“Report” xəbər verir ki, ən ucuz biletin qiyməti 420 Çexiya kronu (təxminən 30 manat), ən bahalı biletlər isə 890 Çexiya kronudur (təxminən 62 manat) olsa da, satılıb.

Biletlərin satışa çıxarılması barədə klubun verdiyi elandan bir saat sonra kassada həmin biletlər qalmayıb. Bu isə o deməkdir ki, 11 700 tamaşaçı tutumuna malik olan Plzen Şəhər Stadionunda boş yer olmayacaq.

Qeyd edək ki, avqustun 23-də “Dusan Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk matçda qolsuz heç-heçə qeydə alınıb.

Share: