“Qarabağ”ın direktorundan şok AÇIQLAMA: “Telekanal rəhbərliyi zənglərimizə cavab vermir”

“Qarabağ”ın direktorundan şok AÇIQLAMA: “Telekanal rəhbərliyi zənglərimizə cavab vermir”

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Olimpiya” (Slovenia) – “Qarabağ” matçının canlı yayımını izləmək müşkülə çevrildi. Oyunu göstərməli olan “İdman Azərbaycan” telekanalı izləyicilərini müxtəlif roliklərlə “feyziyab” etdi. Telekanal “texniki xəta səbəbilə “Olimpiya” – “Qarabağ” matçını yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxdı. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!”, – açıqlamasını yaydı. Yalnız 70-ci dəqiqədən sonra efirə gedən matçın yayımı əlbəttə ki, hamını narazı saldı.

Sport24.az “Qarabağ”ın direktoru Emrah Çelikellə əlaqə saxlayıb. Klub rəhbərinin açıqlaması “aydın səmada şimşək” effekti verdi: “Siqnal idealdır. Oyun başlayandan bəri telekanal rəhbərliyinə etdiyim çoxsaylı telefon zəngləri heç bir effekt vermir. Zənglərim cavabsız qalıb”.

Çelikel “sizcə, bu hal niyə yaşanıb? Telekanal rəhbərliyi niyə zənglərinizə cavab vermir” suallarına dərindən ah çəkərək, “bilmirəm, vallah, bilmirəm” cavabını verdi.

Təəssüf. Ölkənin avrokuboklarda yeganə təmsilçisi tarixi qələbə qazanır, azərbaycanlı futbolsevərlər isə oyunu telefon üzərindən izləməklə kifayətlənməli oldu

Share: