“Qarabağ”ın futbolçusu Vild-Donald Gerye Polşaya yollanıb.
Qaynarinfo xəbər verir ki, haitili futbolçu bir neçə gün əvvəl vəfat edən qızının məzarını ziyarət edib.
O, ağır xəstəlikdən vəfat edən qızının məzarı üstünə “Qarabağ”da geyindiyi formasını qoyub. Gerye bu anın fotosunu sosial mediada paylaşıb.