Kolayır kənd Uşaq musiqi məktəbində “Qarabağın gözü Şuşa” adlı tədbir keçirilib.
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon Kolayır kənd Uşaq musiqi məktəbində 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar “Qarabağın gözü Şuşa” adlı tədbir keçirilib.
Tədbirdə regional idarənin rəisi Vəsilə Möhsümova, şəhid ailələri və mədəniyyət işçiləri iştirak edib.
Öncə vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Regional idarənin rəisi Vəsilə Möhsümova çıxışında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrindən, Qarabağın baş tacı Şuşanın azad edildiyi günün tariximizə qızıl hərflərlə Zəfər Günü kimi yazılmasından, ölkəmizin mədəniyyət paytaxtı elan edilən Şuşada aparılan bərpa-quruculuq işlərindən, Şuşada keçirilən musiqi festivallarından danışıb. Bildirib ki, mədəniyyət və gözəllik beşiyimiz olan Şuşaya möhtəşəm qayıdış hər birimizi qürurlandırır.
Sonra musiqi məktəbi kollektivinin ifasında rəngarəng musiqi nömrələri səsləndirilib.
Sonda xatirə şəkli çəkdirilib.
Müstəqil.az