“Qarabağın maralı” türküsü necə yarandı…

1949-un son günləridir… filarmoniyanın qarşısında bir oğlan Sara Qədimovanı çağırır, bu hündür boy oğlan İsgəndər Novruzlu (əsil adı İngilis Novruzov) dərdini deyir ona: mən Aşqabaddan gəlirəm, zəlzələdə arvadımı, uşaqlarımı itirdim, mənim mahnım var: “Qarabağın maralı” və “Gözəl haralısan”.

(İsgəndər Novruzlu)

Özü bir Qarabağ maralı olan Sara xanım onu yuxarı dəvət edir, dinləyir. Hər kəs deyir oxuma, ermənilər başımıza iş açar, millətçisən deyərlər. Sara xanım isə mahnını hazırlayır, 1951-də muğamın tərkibində ilk dəfə oxuyur.
… Mənim də o yadımdadır ki, Qarabağ müharibəsi gedirdi… hospitala gələn Sara xanım şahənə vüqarla palataya daxil olur, qəhərli səslə: yaralı əsgərlərimizə: gedək Qırxqız yaylağına… oxuyur…yadımdadır…

Minə Xanım Təkləli-Nuriyeva
Share: