“Qarabağ”ın oyunu bu göstəricidə sonuncudur

“Qarabağ”ın oyunu bu göstəricidə sonuncudur

Çempionlar Liqasının I təsnifat mərhələsində oyunları izləyən azarkeşlərin sayı açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, ilk görüşlər çərçivəsində ən az azarkeş “Linkoln” – “Qarabağ” qarşılaşmasında olub.

Belə ki, Ağdam təmsilçisinin Cəbəllütariq çempionu ilə “Viktoriya” stadionundakı duelinə cəmi 683 nəfər gəlib. Azərbaycan çempionu qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb.

Ən çox azarkeş isə “Astana” (Qazaxıstan) – “Dinamo” (Tbilisi, Gürcüstan) görüşünə toplaşıb. 1:1 hesabı ilə yekunlaşan oyuna tribunadan 27 min 328 adam tamaşa edib.

Ümumilikdə 15 qarşılaşmada 102 minə yaxın azarkeş olub.

Qeyd edək ki, “Qarabağ”la “Linkoln” arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Share: