“Qarabağ”ın oyununa ilk gündə 20 min bilet satılıb — Yenilənib

 

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində avqustun 3-ü “Ferenstvaroş”a  (Macarıstan) qarşı keçirəcəyi ev oyunu biletlər bu gün saat 11:00-da satışa çıxarılıb.

Klubun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 4 saat ərzində 13 min 500 bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (11:00-22:00).

Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında  ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.

***

Klubdan verilən məlumata görə, satışın ilk günü olmasına baxmayaraq, artıq 20 min bilet satılıb.

Share: