“Qarabağ”ın Polşa çempionu ilə oyununun hakimləri açıqlandı

“Qarabağ”ın Polşa çempionu ilə oyununun hakimləri açıqlandı

Çempionlar Liqasının II təsnifat mərhələsində “Rakuv”la (Polşa) “Qarabağ” arasında keçiriləcək ilk oyun üçün hakim təyinatları bəlli olub.

UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, qarşılaşma İsveçrədən olan ədalət təmsilçilərinə tapşırılıb.

Oyunun baş hakimi Lukas Fendrix olacaq. Yan xətlərdə ona Yonas Enri və Giyom Mer kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 26-da oynanılacaq “Rakuv” – “Qarabağ” görüşu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cavab matçı bir həftə sonra Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.

Share: