“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u cari mövsümdə ilk dəfə xal itirib.
“Report” xəbər verir ki, Pirey təmsilçisi Superliqada II turun bağlanış matçı olan “Asteras”la Tripoli şəhərində keçirilən görüşdə meydan sahiblərinin müqavimətini qıra bilməyib.
Görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
İlk turda öz meydanında “Yannina”ya 2:0 hesabı ilə qalib gəlmiş “Olimpiakos” hazırda 4 xalla 3-cüdür. Turnir cədvəlinə 6 xalla Afina klubları – “Panatinaikos” və PAOK başçılıq edir.
Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.