UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibləri iştirak ərizələrini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” klubunu qəbul edəcək Yunanıstanın “Olimpiakos” komandası iştirak ərizəsini UEFA-ya təqdim edib.
Heyətdə qapıçılar – Tomaş Vatslik, Kostas Tsolakis, Atanasios-Teoloqos Papadudis, müdafiəçilər – Şime Vrsalko, Panaqiotis Retsos, Marselo, Tanasis Andrutsos, Sokratis Papastatopulos, Usseynu Ba, Qonsalo Avila, Kostas Manolas, Oleq Ryabçuk, Pape Abu Sisse, Fotios Kitsos, yarımmüdafiəçilər – Andreas Buxalakis, Yann MVila, Pyer Kunde, Matyö Valbuena, Hvanq İn-beom, Xristos Liatsos, Andreas-Rixardos Ntoi, Yannis Karakutis, hücumçular – Yussef Əl-Arabi, Marius Vrusai, Hvanq Ui-co, Yorqos Masuras, Coş Bouler, Pep Biel, Abubakar Kamara, Anastasios-Andreas Tselios və Qarri Rodriges yer alıblar.
Almaniyanın “Frayburq” komandası da iştirak ərizəsini UEFA-ya təqdim edib.
Rəqib komandanın baş məşqçisi Kristian Ştrayxın açıqladığı heyətə qapıçılar – Benyamin Uphoff, Mark Flekken, müdafiəçilər – Uqo Sike, Filip Linhardt, Manuel Qulde, Lukas Kübler, Mattias Ginter, Kristian Günter, Keven Şlotterbek, Endi Xoti, yarımmüdafiəçilər – Jonatan Şmid, Maksimilian Eggeştayn, Yannik Kaytel, Nikolas Höfler, Çon U Yon, Vinçentso Qrifo, Merlin Röl, Ritsu Doan, hücumçular – Lukas Höler, Daniel-Kofi Köreh, Nils Petersen, Roland Şallai, Mixael Qreqoriç və Vinsent Vermeyin adı daxil edilib
Qeyd edək ki, “Qarabağ” klubu “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.
“Frayburq” – “Qarabağ” matçı isə sentyabrın 8-də keçiriləcək. “Europe Park” stadionunda təşkil olunacaq G qrupunun birinci tur oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.