Gənclər və İdman Nazirliyi “Qarabağ və ətraf ərazilərdə yerləşən arxeoloji, tarixi, memarlıq, dini abidələr, qoruqlar və Azərbaycan mənşəli coğrafi ərazi adlar barədə yazı, foto, video, 3D təsvir məlumatların “Google Xəritə” veb xəritə tətbiqetməsinə inteqrasiya olunması və Qarabağın maddi və qeyri – maddi mədəni irsinə dair onlayn sərgi kontentlərinin hazırlanması, Google İncəsənət və Mədəniyyət onlayn platformasında yerləşdirilməsi və nümayişi” üçün açıq tender elan edib.
Müstəqil.Az BAKU.WS-a istinadla xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
İddiaçılar ilkin sənədləri martın 3-ü, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə martın 12-si, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun baş məsləhətçisi Elnur Abdullayevdir. Telefon: (012) 465-64-43.
Nəticələr martın 15-i, saat 12:00-da Portalda açıqlanacaq. İş ən gec oktyabr ayına qədər təhvil verilməlidir.