“Qarabağnamə” sənədli filminin təqdimatı keçiriləcək

“Qarabağnamə” sənədli filminin təqdimatı keçiriləcək

30 mart saat 19:00-da Nizami Kino Mərkəzində “Qarabağnamə” sənədli filminin təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, rejissoru Elnurə Kazımova olan film Xalq rəssamı Arif Hüseynovun tarixi yaddaşımıza həsr etdiyi əsərlərin əsasında lentə alınıb.

“Qarabağnamə” tarixi həqiqətlərin bədii təsviri, rəssamın ürək yanğısı, dərin idrak və vətənpərvər ruhla yaratdığı əsərlərin ən ümumi adıdır.

Film boyu həmsöhbət və bələdçi “Qarabağnamə”nin müəllifi Arif Hüseynov özüdür.

Xalq rəssamı Arif Hüseynov və “Azərbaycantelefilm”in rejissoru Elnurə Kazımova başda olmaqla yaradıcı heyətin birgə ərsəyə gətirdiyi yeni ekran əsərinin təqdimatında filmin nümayişi ilə bərabər, sənət adamları ilə görüş keçiriləcək və müzakirələr aparılacaqdır. Giriş sərbəstdir.

Share: