Qaraciyər köçürülən aktyor Elvin Ağayev müalicəsini evdə davam etdirəcək

Qaraciyər köçürülən aktyor Elvin Ağayev müalicəsini evdə davam etdirəcək

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayev qaraciyəri dəyişdiriləndən sonra xəstəxanadan evə buraxılıb.

Oxu.Az-ın məlumatına görə, aktyor bu barədə öz sosial şəbəkə hesabında məlumat verib.

O qeyd edib ki, 3 avqustda uğurlu əməliyyat keçirdikdən sonra artıq həkimlərin razılığı ilə müalicəsini evdə davam etdirəcək. Aktyor müalicə prosesinin altı ay davam edəcəyini deyib.

Qeyd edək ki, uzun müddətdir, qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayevə öz bacısının qaraciyəri köçürülüb.

Share: