Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbuldakı Hz.Əli məscidində cümə namazı qıldıqdan sonra jurnalistlərin suallarına cavab verib.
Avropa.info xəbər verir ki, Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı suala Ərdoğanın cavabı belə olub:
“Ermənistan işğalçıdır. Qarabağ işğal altındadır. Minsk həmsədrləri işi masada qoyub gediblər. Qarşı tərəfin hücumları nəticəsində Azərbaycan tərəfi torpaqlarının müdafiəsi, xalqın müdafiəsi ilə bağlı öhdəsinə düşən addımlar atıb. Qardaş Azərbaycanı qətiyyən tək qoymarıq. Sona qədər dəstək verəcəyik. Cənab Əliyevlə danışıram. Son dəfə Azərbaycan heyətini Türkiyəyə göndərdilər”.
Müstəqil.Az