Hindistanda yaşayan 15 yaşlı gənc ölən qardaşının 25 yaşlı dul arvadı ilə zorla evləndirildikdən iki saat sonra intihar edib.
Lisey tələbəsi olan gəncin qardaşının arvadını anası kimi gördüyü, qadının da ona öz övladı kimi baxdığı öyrənilib. Gəncin atası gəlinin ailəsinin maddi səbəblərə görə oğlunu bu evliliyə məcbur etdiyini söyləyib. Ata, “Ya pul verin, ya da oğlunuzu qızımızla evləndirin” deyə təzyiq etdiklərini deyib.
Müstəqil.az xarici mediaya istinadən xəbər verir ki, polis uşaq evliliyinə görə ailəyə qarşı cinayət işi açıb.
Müstəqil.Az