Qardaşlarımızın yanında olmağa davam edəcəyik – Akar

Qardaşlarımızın yanında olmağa davam edəcəyik – Akar

Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik.

Müstəqil.Az Trend-ə istinadla xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, atəşkəs rejimini pozan Ermənistan mülki obyektləri, qadın və uşaqlar da daxil olmaqla günahsız əhalini vurmaqda davam edir:

“İnanıram ki, Azərbaycan Silahlı Qüvvələri həlak olan dinc əhalinin qanını yerdə qoymayacaq. Ərazi bütövlüyünün bərpasına, doğma torpaqlarına qovuşma mübarizəsində Azərbaycan türkü qardaşlarımızın yanında olmağa, haqlı mübarizələrində onları dəstəkləməyə davam edəcəyik”.

Müstəqil.Az

Share: