Qarğalarla bağlı fərqli araşdırma…

Məşhur “Science” elmi portalında yazılanlara əsasən elm adamları gündəlik həyatımızın bir parçası olan qarğalarla bağlı fərqli araşdırma aparıblar. Diqqət edin, bir qarğa öldükdən sonra nələr olur?
Müstəqil.az Moderator.az-a  istinadən xəbər verir ki, “Alakarga” olaraq bilinən quş öz növündən olan başqa qarğanın ölüsünü gördükdə, yemək axtarmağı dayandırır və başqalarını səsləyir. Beləliklə, başqa qarğalar ölü qarğanın  ətrafında toplaşırlar.
Tədqiqatçılar, rəngli ağacın parçalarına reaksiya göstərməyən qarğaların  başqa qarğanın ölüsünü görəndə fərqli səs çıxararaq quşları çağırdığını qeyd edirlər.
Bir qarğa yerdə başqa qarğa ölüsü  görürsə, o, çaşqınlıq və həyəcan siqnalları verir.
Anekdotal  hesabatlarında bəzən cəsədin üstünü budaqlar və yarpaqlarla örtməyə çalışdıqları göstərilir.
Sonra susub səssizcə  ölü quşa yas tuturmuş kimi tamaşa edirlər. Həm təəccüblü, həm də inanılmazdır.
Qarğalar həmçinin ən böyük düşmənini, bayquşları görəndə quşları xəbərdar edir. Çağırışı eşidən digər qarğalar toplanıb düşmən üzərinə birgə yürüş edirlər.
Tədqiqatçı Mark Schwaiger qarğaların zəkasıyla əlaqəli bunları deyib: “qarğalar ən çox işləməyi sevdiyim quşlardır, çünki çox ağıllıdırlar. Hətta sizdən daha ağıllı ola bilərlər”. Quşlarımdan biri başımı çevirdiyim vaxt belimdəki it yemiylə dolu torbanı götürüb qaçmağı öyrənib.

Share: