Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın Baş naziri Əli Əsədov və erməni həmkarı Nikol Paşinyanla üçtərəfli görüşü haqda yazıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Qaribaşvili feysbuk hesabında paylaşım edib.
“Tbilisi İpək Yolu Forumu” çərçivəsində Ermənistan və Azərbaycanın Baş nazirlərini qəbul etmək imkanım olduğuna görə çox şadam, biz Cənubi Qafqazın gələcəyini və hamımızın qarşılıqlı mənafeyi naminə həyata keçiriləcək irimiqyaslı regional layihələri müzakirə etdik. BMT tribunasında bəyan etdiyim sülh təşəbbüsü çərçivəsində, ölkələrimizin rifahı naminə regionda sülh, sabitlik və iqtisadi inkişaf istiqamətində səylərimizi davam etdirməyə hazırıq”, – Qaribaşvili qeyd edib.