Türkiyənin Qars şəhərində zirehli hərbi texnikanın keçidi zamanı terroristlər tərəfindən yola döşənmiş əl bombası partlayıb.
“Qafqazinfo” “Haberler”ə isitnaədn xəbər verir ki, nəticədə 6 əsgər, 3 nəfər isə təhlükəsizlik əməkdaşı yaralanıb. Yaralılar Kağızman Dövlət Xəstəxanasına çatdırılıblar.
Bölgədə güclü təhlükəsizlik tədbirləri görülüb.
Müstəqil.Az