“Xəzər Media Mərkəzi”nin hazırladığı və tamaşaçıların böyük marağına səbəb olan “Qartal Zirvədə” sənədli filmi dünən geniş ictimaiyyətə təqdim olunub.
“Qafqazinfo” xəbər verir ki, Vətən müharibəsində Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi məxfi əməliyyatların təfərrüatları ilə tamaşaçılar ilk dəfə bu sənədli ekran əsərində tanış olublar.
Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində Azərbaycan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, media ilə bağlı qurumların, ölkədə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin ali zabit heyəti, əməkdaşları iştirak ediblər.
Filmlə bağlı çıxış edən “Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşov tədbirin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ad gününə təsadüf etdiyini bildirib və “Qartal Zirvədə” sənədli filminin çəkilməsindəki əsas məqsədləri açıqlayıb.
Daha ətraflı Xəzər TV-nin süjetində: