Qaşını qırxıb “qaş” döydürənlər – Ömər Xəyyam yazır…

Qaşını qırxıb “qaş” döydürənlər – Ömər Xəyyam yazır…

Bayaq təbii qaşını qırxıb yerinə qırmızı karandaşla qaş(!) çəkmiş bir qadın gördüm, Emil Zolyanın bir əsr yaşı olan “Reklam qurbanı” hekayəsini xatırladım…

Hekayənin qəhrəmanı xoşbəxtlik, əbədilik axtarışında olan Pyer Landridir.

Landri reklam olunan hər şeyi alır. kremlər, maskalar, əbədilik şirəsi, iynələr, dərmanlar…

Tez tez gözəllik maskaları sifariş etdiyi şirkətdə onun yoxluğundan narahat olurlar və Landirini hamamda tapırlar…

Ölmüş, iylənmiş…

Bir dərman firmasının reklam etdiyi cavanlaşdırıcı dərmanların təsirindən ürəyi dayanıbmış…
(Landrini zir-zibildən istifadə erkən qocaltmışdı).

Əvvəldən vəsiyyətini yazmışdı.

Bahalı tabut düzəltdirmişdi. Guya tabut onun nəşini əbədi qoruyub saxlayacaqdı.

Ancaq qəbiristanlığın ağzındaca tabut çatlayır, sonra ortadan sınır və Landirini elə palçıqlı-palçıqlı dəfn edirlər.

Əvvəldən sifariş etdiyi qəbirüstü abidə isə ovulub tökülür…

Bayaq təbii qaşını qırxıb yerinə qırmızı karandaşla qaş(1) çəkmiş bir qadın gördüm.

Emil Zolyanın bir əsr yaşı olan “Reklam qurbanı” hekayəsini xatırladım…

Mcafee Satın Al

Share: